Universitet yataqxanaları nə zaman təmir olunacaq? - NAZİR AÇIQLADI
Ali təhsil müəssisələrinin mövcud yataqxana binalarının yenilənməsi istiqamətində görüləcək işlər açıqlanıb.
APA TV xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, universitet yataqxanaları ilə bağlı 2 istiqamətdə iş görülür.
“Birincisi, cari təmir formatında ali təhsil müəssisələri iş görür. Konkret olaraq bu il hansı universitetlərin yataqxanalarının təmirinə başlanılacaq deyə bilməyəcəyəm. Çünki bu, əsasən yay aylarında baş tutur və yataqxanaların bərpası ilə ali təhsil müəssisələri məşğul olur. İkincisi isə, Təhsil Nazirliyinin özünün müxtəlif ali təhsil müəssisələrinə beynəlxalq donor təşkilatları cəlb etməklə, dövlət-özəl partnyorluğu əsasında yataqxanaların yerinin və sayının artırılması istiqamətində iş görürük. İnanıram ki, yaxın vaxtlarda mümkün modellər seçilə bilərsə, bu istiqamətdə işlər davam edəcək”, - nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ