Ümid qəsəbəsində 103 ağac əkilib – RESPUBLİKA GÜNÜ İLƏ BAĞLI
Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
APA TV xəbər verir ki, ata-baba ocağına qayıdış ərəfəsində məcburi köçkünlər uzun illər müvəqqəti məskunlaşdıqları ərazilərdə yerli sakinlərə minnətdarlıq əlaməti olaraq, abadlıq və yaşıllaşdırma işlərinə töhfə vermək istəyirlər. Ağacəkmə aksiyası da məhz belə xoş niyyətlə keçirilib.
Aksiya iştirakçıları işğaldan azad edilmiş ərazilərdə onlar üçün bundan da yaxşı şərait yaradılacağına əminliklərini ifadə ediblər.
Dövlət Komitəsinin əməkdaşları və məcburi köçkün icmasının nümayəndələrinin iştirak etdiyi aksiyada 103 ağac əkilib.
OXŞAR XƏBƏRLƏR
18:12
790
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
854
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
824
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
874
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
18:06
866
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
18:04
834