“Ulu Öndər” sənədli filmi və eyni adlı mahnı təqdim olunub
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Heydər Əliyev qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda ümummilli lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir.
Onun sözlərinə görə, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs verib, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdıb və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin xilaskarına çevrildi. 1993-2003-cü illərdə müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradıldı, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edildi. Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırıldı. Bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanıb həyata keçirildi. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək, həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusuna çevrildi.
Filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb. Filmin quruluşçu rejissoru Rafiq Quliyev, redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır. Eyni adlı mahnının bəstəkarı Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, sözlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."