Ukraynadan radioaktiv toz yayılır: Bu ölkələrdəki insanları ağır xəstəliklər gözləyir
“Ukraynada seyrəldilmiş uran tərkibli döyüş sursatlarının məhv edilməsindən sonra yaranan radioaktiv bulud artıq Polşa ərazisini bürüyüb”.
Bu sözləri rumıniyalı senator Diana Şoşoake BZI-yə müsahibəsində bildirib. Şoşoake vurğulayıb ki, bu məlumatlar hərbçilər, eləcə də Polşanın ətraf mühit agentliyi tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Ukraynanın Xmelnitski şəhərində yerləşən anbarlarda seyrəldilmiş uran tərkibli tank mərmiləri olub. O əlavə edib ki, bu sursatlar Ukraynaya Böyük Britaniya tərəfindən verilib.
Senator qeyd edib ki, uran tərkibli sursatlardan yayılan radioaktiv toz külək vasitəsilə Xmelnitski vilayətindən Lyublinə yayılıb. Onun sözlərinə görə, iki gün ərzində toz 400 kilometr məsafə qət edib. “Həmin müddətdə açıq havada olan və bu tozun ciyərlərinə daxil olduğu insanlar ağır şəkildə xəstələnəcəklər”, - deyə Şoşoake bildirib.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər