Ukraynada xüsusi əməliyyat: Şəhər meri və daha 3 nəfər tutuldu
Bu gün Ukraynanın Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.
APA TV xəbər verir ki, Xarkov vilayətinin Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və onun müavini, yerli polis şöbəsinin rəisi və ərazi inspektoru düşmənlə danışıqlara görə “dövlətə xəyanət” maddəsi ilə saxlanılıblar. Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
“Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib.
OXŞAR XƏBƏRLƏR
17:12
827
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
901
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
857
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1737
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2035
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1289