Ukraynada nəqliyyat infrastrukturuna nə qədər ziyan dəyib? / Rusiya-Ukrayna savaşı
Müharibə nəticəsində Ukraynanın nəqliyyat infrastrukturuna dəyən ziyan 10 milyard dollardan çoxdur.
APA TV xəbər verir ki, bu barədə Rada telekanalının efirində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.
Nazir deyib ki, keçən həftənin sonunda yalnız nəqliyyat infrastrukturuna aid olan itkiləri hesablayıblar:
“Söhbət yollardan, körpülərdən, dəmir yollarından və hava limanlarımızın atəşə tutulması zamanı zədələnmiş texnikadan gedir. Ötən həftənin sonunda bu rəqəm 10 milyard dolları ötüb”.
Kübrakovun sözlərinə görə, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və böyük komplekslər isə maksimum iki ilə qədər bərpa olunacaq:
“Əlbəttə, bu faciə bizim deyil, bu müharibə bizim deyil – Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz də bu ölkəni yalnız öz gücümüzlə bərpa etməyəcəyik”.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib