Ukraynada hərbi hospitalda dəhşət - YANĞIN YERİNDƏN

Ukraynanın Lutsk şəhərində hərbi hospitalda güclü yanğın baş verib. 

APA TV-nin Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadən məlumatına görə, yanğın nəticəsində hospitaldan 100-ə yaxın insan evakuasiya edilib. Bunlardan 7-si ağır xəstə, 11-i isə hospitalın tibb işçiləri olub.

Evakuasiya olunanlar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR