Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
Ukraynada həlak daha bir soydaşımızın nəşi Vətənə gətirilib. Mariupol şəhərində həyatını itirən 45 yaşlı İlqar Məmmədov doğulduğu Samux rayonunun Sərkar kəndində dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları, kənd sakinləri iştirak edib.
Uzun müddət ailəsi ilə birlikdə Ukraynanın Mariupol şəhərində yaşayan İlqar Məmmədov yaxınlığına düşən partlayıcı maddənin qəlpəsindən aldığı ağır xəsarətdən dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, İlqar Məmmədov martın 17-si dünyasını dəyişib və onun cəsədi 9 gün həmin ərazidə qalıb.
Mərhumun xanımı Gültəkin Məmmədova deyir ki, həyat yoldaşının cəsədini yandırmasınlar deyə onu müvəqqəti orada basdırmalı olub: “Orada apardım basırdım, yandırırdılar çünki cəsədləri. Ona görə basırdım ki, cəsədi yandırmasınlar. Ondan sonra bir ay yenə qaldıq orada. Susuz, yeməksiz, 3 körpə ilə. Ancaq su qaynadıb içirdik. Bombalar tökülürdü başımıza. Dörd bir tərəfimiz mühasirədə idi”.
Qeyd edək ki, İlqar Məmmədov Ukraynada əsasən ticarətlə məşğul olub.
Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV, Samux
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir