Ukraynada döyüşlərdə nə qədər azərbaycanlı həlak olub?
Bu gün Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi açılıb.Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” hesabında yazıb. Qeyd olunub ki, açılış mərasimində həlak olanların ailələri, həmçinin Ukrayna səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar.Bu gün bizə torpaqlarımızın rus işğalçılarından azad edilməsi uğrunda həlak olan 26 Azərbaycan igidinin adı məlumdur”, - səfir yazıb.
Diplomat həmçinin əlavə edib ki, Ukraynanın azadlığı uğrunda həlak olan həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün onların həyatı və döyüş yolundan bəhs edəcək sənədli filmin çəkilişi planlaşdırılır, materialların toplanması üzrə hazırlıqlara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər