Ukraynada döyüşlər hansı ərazilərdə davam edir?
Rusiya qüvvələri artan aktivliyinə baxmayaraq, son 24 saat ərzində heç bir önəmli nailiyyət əldə edə bilməyib.
APA TV-nin xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukraynanın əks-hücumları Rusiya qüvvələrinin səylərinin qarşısını almağa davam edir. Əlavə olunub ki, Rusiyanın nə hərbi dəniz, nə də hərbi hava qüvvələri öz sahələrində nəzarəti ələ keçirə bilməyib və buna səbəb Ukraynanın hava və dəniz qüvvələrinin effektivliyidir.
Məlumatda o da qeyd olunub ki, Mariupolun ələ keçirilməsinin bəyan edilməsinə baxmayaraq, şəhərdə ağır döyüşlər davam edir və bu, Rusiyanın şəhəri ələ keçirmək səylərinin qarşısını alır, eyni zamanda onların Donbas regionunda arzu etdikləri irəliləyişi daha da yavaşladır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir