Ukraynada 33 mülki obyektə zərbələr endirilib
Ukraynada ötən sutka ərzində 33 mülki obyektə zərbələr endirilib.
APA TV xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin sözçüsü Vadim Denisenko açıqlama verib.
“Rusiya Ordusunun hücumu zamanı son sutka ərzində 2 uşaq ölüb”, - deyə o bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak isə Rusiyanın Ukraynaya müdaxiləsinin əsas məqsədinin Zelenskini məhv etmək olduğunu açıqlayıb.
O, Prezidentin hələ də Kiyevdə qaldığını söyləyib. Podolyak Kiyevdə yanacaqla bağlı problemin olduğunu və limit tətbiq edildiyini də vurğulayıb.
Bu arada Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin Rusiyaya qarşı tətbiq ediləcək maliyyə və iqtisadi sanksiyalara qoşulmayacağını açıqlayıb.
Onun sözlərinə görə sanksiyalara qoşulması ölkəyə və əhaliyə zərər vura bilər. Baş nazir qeyd edib ki, sanksiyalara qoşulmamaq qərarı milli maraqlar əsasında qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı