Ukrayna Rusiyanın itkilərini açıqladı
Kiyevdə baş vermiş partlayış nəticəsində metro stansiyası zədələnib.
APA TV xəbər verir ki, bu barədə Kiyevin metro şəbəkəsi “Twitter”də məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında baş vermiş partlayış nəticəsində şəhər mərkəzinə çox yaxın olan “Lukyanivska” stansiyası zədələnib.
Dağıntı səbəbi ilə stansiyanın fəaliyyətinin dayandırıldığı açıqlanıb.
Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın hərbi itkilərini açıqlayıb.
Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 404 ədəd tankı, 1279 ədəd zirehli döyüş maşını, 150 ədəd artilleriya sistemi, 64 ədəd reaktiv yaylım atəş sistemi, 36 ədəd havadan müdafiə sistemi, 81 ədəd hərbi təyyarəsi, 95 ədəd helikopteri, 640 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 9 ədəd dronu məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13500-dən çox canlı qüvvəsini itirdiyini də bəyan edib.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib