Ukrayna ilə Rusiya əsir və girovları dəyişdi - 70 NƏFƏR ÖLKƏSİNƏ DÖNDÜ
Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, proses 35-ə 35 prinsipi ilə həyata keçirilib. Moskvadan göndərilən təyyarə bir neçə saatdan sonra Borispol aeroportuna enib. Ukrayna prezidenti soydaşlarını şəxsən qarşılayıb. Vladimir Zelenski mübadiləni ölkəsinin şərqində sülhün əldə olunması istiqamətində atılan ilk addım kimi xarakterizə edib. Həmçinin Rusiya vətəndaşları ilə dolu olan təyyarə də Moskvaya çatıb. Mübadilə olunanlar arasında matroslar, rejissor Oleq Sentsov və RİA agentliyinin Ukrayna redaksiyasının rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən Kirill Vışinski də var. Bundan başqa Donbasda Malayziya Hava Yollarına məxsus Boeing-in qəzaya uğramasında əli olduğu iddia edilən Vladimir Tsemax da sərbəst buraxılıb. Xatırladaq ki, Moskva ilə Kiyev arasında vətəndaşların mübadiləsi ilə bağlı razılıq Ukrayna və Rusiya prezidentlərinin iyul ayında baş tutan ilk telefon danışığından sonra əldə olunmuşdu.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."