Ukrayna nə qədər itki verib - ŞOK RƏQƏMLƏR
Rusiya Hava Kosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə sistemləri Berdyansk və Melitopol yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, Ukraynada keçirilən əməliyyat zamanı indiyədək ümumilikdə 443 pilotsuz uçuş aparatı və 130 təyyarənın məhv edildiyini söyləyib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Berdyansk və Melitopol yaşayış məntəqələri ərazilərində havada iki pilotsuz uçuş aparatını vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 443 pilotsuz uçuş aparatı, 2139 tank və digər döyüş zirehli texnikası, 241 reaktiv yaylım atəş sistemi, 917 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2046 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı