Ukrayna müharibəsi Rusiyaya baha başa gəldi
Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib. APA məlumat yayıb ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib. Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 85,8 milyard dollardır. "Bu, Ukraynanın işğalından əvvəl 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir". Britaniya Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır. "Müdafiə büdcəsinin yalnız bir hissəsi Ukraynadakı müharibəyə xərclənsə də, xərclərin artması Rusiyanın Ukraynadakı fəaliyyətinin baha başa gəldiyini göstərir. Bundan əlavə, Rusiya demək olar ki, müharibə ilə əlaqədar əlavə birbaşa büdcə müdafiə xərcləri ilə üzləşir ki, bura işğal olunmuş bölgələrdə təhlükəsizlik xərcləri və Ukrayna ilə həmsərhəd bölgələrdə müdafiə tədbirlərinin gücləndirilməsi üçün xərclə daxildir".
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi