Ukrayna Fransanın üzr istəməsini tələb edir
Fransanın RTL telekanalı Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı uğursuz zarafatına görə qalmaqalla üzləşib, Ukrayna onların üzr istəməsini tələb edir.
Bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko Tvitter səhifəsində yazıb.
Səfir sözügedən kanalda yayımlanan verilişlərdən birindən bir parça dərc edib. Aparıcı Prezident Zelenskinin Yelisey sarayına “öz sirki” ilə gəldiyini deyib. Proqramda Zelenskinin avropalı siyasətçilərlə görüşləri “Ukraynaya kömək etmək üçün” sirk tamaşasının reklamı kimi səsləndirilir.
“Bu rüsvayçılıq və nəzakətsizlikdir, dost fransız xalqına xas deyil. Empatiya, məsuliyyət yoxdur. Mən prezidentimdən, öz azadlığı uğrunda mübarizə aparan və əziyyət çəkən Ukrayna xalqından üzr istəmənizi tələb edirəm”, - Omelçenko qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi