Üçtərəfli İşçi Qrupun növbəti iclası bu gün Moskvada keçiriləcək
Bu gün Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.
APA news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini, Ermənistanı İşçi qrupda təmsil edən Mqer Qriqoryanın ofisi açıqlama verib.
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşıb.
Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı isə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk təmsil edir.
OXŞAR XƏBƏRLƏR
18:19
1345
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1396
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1620
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1036
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1230
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1696