Ucarın Qəzyan kəndindəki yanğından görüntülər
Ucarda fərdi yaşayış evi ilə bərabər 2 avtomobil də yanıb. Hadisə bu gün gecə saatlarında rayonun Qazyan kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Qədir Qoca oğlu Nuriyevə məxsus 2 mərtəbəli, ümumi sahəsi, 400 kvadratmetr olan 6 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev əşyaları ilə birlikdə, bundan əlavə evə bitişik 40 kvadratmetrlik tövlə, 120 kvadratmetrlik artırma və orada olan Mercedes və VAZ 21015 markalı minik maşınları tamamı ilə yanıb. Ev sahibi yanğının maşınların saxlandığı yerdən başlandığını deyir. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakt araşdırılır.
Zahid Abışov. Devran Əsgərov.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi