Ucarda yük maşını piyadanın üstündən keçdi
Ucarda yük maşını piyadanı vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabörk kəndi ərazisində baş verib. 1962-ci il təvəllüdlü Rəhman Abdurrəhmanov idarə etdiyi "Nova" markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevin üstündən keçib. Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, tikinti işləri gedən Ucar-Zərdab yoluna torpaq daşıyan "Nova" markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən "Körpü Bina Tikintini"nin əməkdaşı olan Əfqan Quliyevi görmədiyindən hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov
Devran Əsgərov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1349
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1359
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1398
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1371
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1958
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1976