Ucarda yanğın: 3 min cücə tələf oldu
Ucarda yanğın olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun "29-cu məhəllə" adlanan ərazisində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə olan ümumi sahəsi 135 kvadratmetr olan cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 cücə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
17:47
901
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
791
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
795
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
874
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
837
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
853