Ucarda su problemi yaranıb - SƏBƏB
Ucar rayonunda suvarma suyu ilə bağlı ciddi problem yaranıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən ayın ikinci ongünlüyündən etibarən rayon ərazisindəki arxlarda suyun səviyyəsi nisbətən enməyə başlayıb. Son günlərdə isə bəzi arxlarda su tamamilə kəsilib.
Ucar rayonunun Qazyan kənd sakinləri deyir ki, 15-20 manat ödəməklə şəxsi su maşınlarından aldıqları su cəmi 5-6 günə bəs edir. Onlar gün ərzində bir neçə dəfə su maşınları ilə aztəminatlı ailələrə suyun daşınmasını istəyirlər.
Ucar Suvarma Sistemləri İdarəsinin Rəisi Müşfiq Məmmədov isə bildirib ki, avqust ayının ikinci ongünlüyündən etibarən 11 rayonu suvarma suyu ilə təmin edən Şirvan kollektorunda suyun səviyyəsi enməyə başlayıb. Bu da öz növbəsində rayon ərazisində suvarma suyunun qıtlığına səbəb olub. Əhalinin suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə növbəli iş şəraitində mümkün zəruri tədbirlər görülür. Əməkdaşlar gün ərzində əsasən ucqar kəndlərdə yaranmış problemin həllinə çalışırlar.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi