Ucarda sakinlərin gecələr yuxusunu, gündüzlər rahatlığını qaçıran nədir?
Ucarda sahibsiz itlər sakinlərə problem yaradır. Keçmiş məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində yaşayan sakinlərin ən böyük və illərdi həll olunmayan problemləri sahibsiz itlərlə bağlıdır. Sakinlər bildirir ki, əraziyə köçdükləri dörd il ərzində burada itlərin sayı hər il artır. Camaat deyir ki, itlərin əlindən gecələr yuxuları, gündüzlər rahatlıqları ərşə çəkilib. Sahibsiz heyvanlar uşaqlara, qadınlara hücum çəkir. Hətta it hücumundan sonra şəkər xəstəliyinə tutulanlar da var. İş o yerə çatıb ki, itlərin qorxusunda hər kəs həyətə çubuq-çomaqla düşür. Yaranmış problemə şifahi olaraq münasibət bildirən şəhər icra nümayəndəsi Abdulla İbrahimov isə dedi ki, sakinlər haqlıdırlar: ”Nəinki Ucarda, hətta yaxın rayonlarda belə heyvanların reabilitasiya mərkəzi yoxdur. Sahibsiz heyvanların öldürülməsinə icazə verilmir. Biz nə edə bilərik? Ümumiyyətlə, bu məsələnin həllində acizik, problemin həlli istiqamətində sakinlərə heç bir köməklik edə bilməyəcəyik” - deyə, nümayəndə qeyd etdi. Mütəxəssislər isə bildirir ki, bu heyvanları quduzluğa qarşı iynə vurmaq, axtalamaq, qısırlaşdırmaq mümkündür. Bundan əlavə rayon mərkəzlərində sahibsiz heyvanları toplamaq məqsədi ilə sığınacaqlar da tikmək mümkündür. Əlbəttə ki, hansısa qurum cavabdehliyi üzərinə götürüb bu heyvanlara sahib çıxsa. Zahid Abışov, Devran Əsgərov, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi