Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
Ucarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını, Ucar rayonunun Məlikballı kənd sakini Qinyaz Həsənovun idarə etdiyi qoşqulu traktorun altına girib. Nəticədə minik maşınında sərnişin qismində olan sürücünün həyat yoldaşı 1964-ci il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb "Hyundai"ın sürücüsü Fikrət Səlimov isə xəsarət alıb.
İradə Əliyevanın maşında sıxılmış vəziyyətdə qalmış meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə baş verən magistral yolunun Gəncə istiqamətində tıxac yaranıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”