Ucarda minik avtomobili “TİR”la toqquşdu – BİR NƏFƏR ÖLDÜ, DÖRD NƏFƏR YARALANDI
Ucarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Qarayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Türkiyə vətəndaşına məxsus "TİR" toqquşub.
Nəticədə sürücü Eldar Qarayev, eləcə də sərnişinlər - Fatimə Qarayeva, Kamalə Əliyeva, Sahib Qarayev və Gürcüstan vətəndaşı Namiq Qərəkməzli xəsarət alıblar.
Maşında sıxılmış vəziyyətdə qalan zərərçəkənləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyətı üzrə təhvil veriblər.
Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən Gürcüstan vətəndaşı Namiq Qərəkməzli yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb