Ucarda məcburi köçkünlər üçün yaşayış kompleksi inşa edilir
Ucarda məcburi köçkünlər üçün yaşayış kompleksi inşa edilir.
APA TV-nin yerli bürosunun məlumatına görə, qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə inşasına bu ilin may ayında başlanan kompleks ümumilikdə 4,5 ha ərazini əhatə edir.
Kompleksdə 6 ədəd 5 mərtəbəli binanın tikintisi aparılır. Paralel olaraq ərazidə zəruri infrastruktur da qurulur. Yaşayış kompleksində ilk dəfə olaraq hər bir mənzil üçün fərdi istilik sistemi quraşdırılacaq.
İş icraçısı Qaçay Quliyevin dediyinə görə, elə binalar var ki, 3 və 4-cü mərtəbələrdə beton işləri aparılır, elə binalar da var ki, 5-ci mərtəbədə işlər yekunlaşmaq üzrədir:
“Biz iş qrafikini elə bölüşdürmüşük ki, beton işləri qurtardıqdan sonra aşağı mərtəbələrdə hörgü işlərini aparaq. Onun ardınca qapı-pəncərə və digər zəruri işlər aparılır. Əsas məqsədimiz kompleksi vaxtında və yüksək keyfiyyətdə təhvil verməkdir”.
Məcburi köçkünlərin yerləşdirilməsi üçün nəzərdə tutulan kompleksin tikintisinin bu ilin noyabr ayına yekunlaşması planlaşdırılır. Bundan sonra rayonda məskunlaşmış 250 məcburi köçkün ailəsinin hər biri evlə təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."