Ucarda karantini pozan 86 nəfər cərimələnib, 3 nəfər isə həbs edilib
Ucarda karantini pozan 3 nəfər tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, karantin rejimini pozan şəxslərə qarşı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq tədbirlər keçirilir.
Ötən gün keçirilən yoxlamalar zamanı rejim qaydalarını pozaraq icazəsiz çölə çıxan vətəndaşlar aşkar edilib.
Ucar Rayon Polis Şöbəsinin rəis müavini Səbuhi İsmayılov karantin dövrü başlayan gündən indiyədək 86 nəfər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tətbiq edildiyini 3 nəfərin isə həbs olunduğunu bildirib.
O, bu cür yoxlamaların rayon ərazisində mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.
Bundan başqa, polis əməkdaşları əlcək və maskalardan istifadə etməyən vətəndaşlara tibbi ləvazimatlar paylayıb və onlara qaydalara ciddi əməl edilməsinin vacibliyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı