Ucar sakinləri acınacaqlı vəziyyətdə: “Qurbağaların səsi götürür aləmi”
Ucarda kanalizasiya ilə bağlı problem yaşanır.
Rayonun Azərbaycan, Mirzə Fətəli Axundov, Nizami və bir neçə mərkəzi küçəsinin sakinləri uzun müddətdir ki, yaşanan kanalizasiya problemindən şikayətçidirlər.
Sakinlər deyir ki, Ucar rayonunda kanalizasiya sistemi qurulanda çox seviniblər. Güman ediblər ki, onların da kanalizasiya dərdində çarə tapılacaq. Amma heç də gözlədikləri kimi olmayıb. Uzun müddətdir ki, rayon mərkəzinə kanalizasiya sistemi qurulsa da küçələrin kanalizasiyası ana xəttə qoşulmayıb. Qoşulan xətlərdə də borulardan istifadə edilməyib. Çirkab sular yerüstü ərazidən aparıldığından və vaxtında təmizlənmədiyindən çox acınacaqlı vəziyyət yaranıb.
Sakinlərin ən böyük qorxusu qarşıdakı qızmar yay günlərində bir-on artacaq olan üfunət iyi ilə yaşamağa davam etmək məcburiyyətində qalmaqlarındandır. Yay aylarında burda nəfəs almaq belə mümkün olmur. Camaat deyir ki, imkanı olan şəxslər məhz bu üfunət iyi səbəbindən yay aylarında evlərini tərk edib, yaxın qohumlarının evlərinə köçürlər.
Şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, adı çəkilən küçədəki vəziyyətdən xəbərdardırlar: “Sakinlər də haqlı olaraq narazılıq edirlər. Artıq rayonun bir çox küçələrində kanalizasiyaların təmizlənməsinə başlanılıb. Təxminən 10 gün müddətinə adı çəkilən küçələr də daxil olmaqla bütün kanalizasiyalar təmizlənəcək”- deyə, icra nümayəndəsi qeyd edib.
Zahid Abışov, Devran Əsgərov, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər