Ucar sakininin evinə ilan girdi
Ucar sakininin evinə nəhəng gürzə ilanı girib.
APA TV-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Şilyan kənd sakini, 1959-cu il təvəllüdlü Ağamir Fətəliyevin dediyinə görə, evin artırmasında 2 azyaşlı nəvəsi ilə çay içərkən ilanın onlara tərəf gəldiyini görüb. Bu zaman nəvələrinə ziyan dəyəcəyindən qorxan Ağamir Fətəliyev ağac parçası ilə ilanı öldürüb.
Ev sahibinin sözlərinə görə, “Küdürü” adlanan ərazi ilə evlərinin arasındakı məsafə cəmi 500-600 metrdir. Məhz ilanın da həmin ərazisindən gəldiyini deyən Ağamir Fətəliyev bir neçə dəfə sürünənləri həyətdə gördüyünü bildirir.
Qeyd edək ki, Küdürü adlanan ərazi qumsal və boş sahə olduğundan hələ keçmişdən zəhərli ilanların məskəni olub.
Zahid Abışov
Devran Əsgərov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1792
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1782
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1845
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1413
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1992
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2021