Ucar sakininin evi yandı
Ucarda fərdi yaşayış evi yanıb.
Hadisə bu gün rayonun Boyat kəndində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Cümşüd Məmməd oğlu İsrafilova məxsus ümumi sahəsi 120 kvm olan, 4 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub.
Yanğınsöndürənlərin səyi nəticəsində həyətdə olan digər ev yanğından mühafizə olunub. Ev sahibinin anası, 1960-cı il təvəllüdlü Rəhilə Əbləsən qızı İsrafilovanın yanğın zamanı halı pisləşib. Hadisə yerinə Ucar Rayon Təcili tibbi yardımın həkimləri cəlb olunub və zərərçəkənə ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, Devran Əsgərov, APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı