Ucar dəmir yolu vağzalında gərginlik yaşanıb
Ucarda intihara cəhd olub.
Rayon sakini, 1976-ci il təvəllüdlü Saqi Məmmədhəsən oğlu Hüseynov Ucar dəmir yolu vağzalında 15-20 metr hündürlüyündə olan dəmir qurğuya çıxıb və özünü ataraq intihar edəcəyini bildirib.
Saqi Hüseynov bu addımını, işlədiyi Ucar rayon Kommunal Təsərrüfat İdarəsində işdən qanunsuz azad olunması ilə əlaqələndirib.
Bir müddət dəmir qurğununn hündür hissəsində qalan şikayətçi sonradan aşağı enib.
Sözügedən müəssisənin müdiri Asəm Kərimov Saqi Hüseynovun Dost İş Mərkəzi tərəfindən müqavilə əsasında işə götürüldüyünü və müqavilə müddətinin bitdiyini bildirib.
Bu səbəbdən də onun əmək fəaliyyətinə xitam verilib. İdarə rəhbəri Saqi Hüseynova yenidən işlə təmin olunmaq üçün rayon məşğulluq mərkəzinə müraciət etməyi məsləhət görüb.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər