Üç nəfər Bozdağda köməksiz vəziyyətdə qaldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər.
OXŞAR XƏBƏRLƏR
17:19
1094
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1054
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1042
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1081
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
1026
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1136