Türkiyəyə yardım edənlərdən ƏDV tutulmayacaq
İki gündür Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə göndərilən maddi yardımdan ƏDV tutulması ilə bağlı məlumatlar yayılır. Vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edən zaman pul köçürmələrindən vergi tutulduğunu bildirirdilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiindən "Qafqazinfo”ya verilən məlumata görə, həmin ödənişlərdən ƏDV tutulmayacaq: “Vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər".
OXŞAR XƏBƏRLƏR
17:21
1301
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1345
Növbəti köç karvanları yola salınıb
13:38
1357
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
969
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1098
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3008