Türkiyənin hərbi aviasiyası Naxçıvanda – TƏLİMLƏRƏ GÖRƏ
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gedib.
APA TV-nin məlumatına görə, əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.
Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.
OXŞAR XƏBƏRLƏR
11:43
584
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
584
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
608
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1287
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1875
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1887