Türkiyəli kürəkən Bakıda arvadını və qayınanasını girov götürdü
Bakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan 2 qadın xilas edilib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü şəxs polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü M.Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.
Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq qapını açan olmayıb.
Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 29 yaşlı Aysel Rəsulova və anası Arzu xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir