Türkiyədən gələn sərnişin avtobusu “Shacman"a çırpıldı: ölən və yaralılar var

Şəmkir rayonunda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb: “Bakı-Qazax yolunun Şəmkir rayonu ərazindən keçən hissəsində ağır yol qəzası baş verib. Hərəkətdə olan sərinişn avtobusu gördüyün yük maşını ilə toqquşub. Qəza nəticəsində 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirlir". Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkətdə olarkən arxadan “Shacman" markalı yük maşınına çırpılıb. Qəza zamanı Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Məhərrəmov Elburus Hüseyn oğlu hadisə yerində ölüb. Avtobusda xəsarət alan 14 sərinişin Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Xəsarət alanların kimlikləri müəyyənləşdirilib. Onlar Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü İmanova Çinarə Eyyub qızı, 1992-ci il təvəllüdlü Mirzəyev Xəyyam Ümidvar oğlu, Əmiraslanova Sevinc Süleyman qızı, 1966-cı il təvəllüdlü Səbəbxanova Göyçək Mehralı qızı, 1946-cı il təvəllüdlü Süleymanova Qələm Cavad qızı, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı, 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmmədağa qızı, Füzuli rayon sakinləri - 1969-cu il təvəllüdlü Məmmədova Minayə Ərşad qızı, 1992-ci il təvəllüdlü Babayeva Növrəstə Qardaşxan qızı, Sumqayıt şəhər sakini - Qurbanəliyeva Günel Nəsrəddin qızı, Qax rayon sakini - 1997-ci il təvəllüdlü Ələkbərov Nicat Gəray oğlu, Türkiyə vətəndaşı - 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman, Türkiyə vətəndaşı - 1956-cı il təvəllüdlü Darmuş Uzun Aşur adlı şəxslərdir. Qəza zamanı xəsarət alan Ələkbərov Nicat Gəray oğlunun vəziyyəti daha ağır olduğundan Gəncədəki özəl xəstəxanaların birinə aparılıb: “Şəmkirdə baş verən ağır yol qəzası zamanı sərnişin avtobusu yararsız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alanların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir”. Qeyd edək ki, avtobus Türkiyədən Azərbaycana gəlib. Avtobusda 50-dən artıq sərnişin olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR