Türkiyədə müxalifət vahid namizəd seçə bilmədi
Türkiyə müxalifəti ölkədə mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürə bilməyəcək.Bu barədə “Hürriyet” nəşri yazıb. Qəzetin yazdığına görə, “Memleket” partiyasının lideri Məhərrəm İncə vahid namizəd Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürməkdən imtina edib. İncə Kılıçdaroğlu ilə görüş keçirib və bundan sonra kampaniyada iştirakdan imtina etməyəcəyini bildirib.Bir çox müxalifət nümayəndələri daha əvvəl İncəni namizədliyini geri götürməyə çağırmışdı, çünki o, xalqın səsinin bir hissəsini toplaya bilər və Kılıçdaroğlunun prezident seçkilərinin ilk turunda qalib gəlməsinə mane ola bilərdi. Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qrup qərarını verib. Ərdoğan Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasından namizəd olacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir