Türkiyədə koronavirusdan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 211 nəfər ölüb. Bu, COVD-19-dan gündəlik ölümlə bağlı Türkiyədə ən yüksək göstəricidir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə deyib.
Nazir qeyd edib ki, son 24 saatda koronavirus testi 200 mini keçib. Belə ki, bu gün 201 219 nəfər koronavirus testindən keçib, 6593 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 33 198 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı isə 5882 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 552 304 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 314 nəfəri ölüb.
OXŞAR XƏBƏRLƏR
18:38
225
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
860
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
867
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
852
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2233
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2178