Türkiyədə Azərbaycana dəstək məqsədli mitinq keçirilir
Bu gün İstanbulun Beyaziıt meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə Azərbaycana dəstək məqsədli mitinq keçirilir.
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqları, Turan Ocaqları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi təşkilatçılığı ilə keçirilib. Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri də aksiyada iştirak ediblər.
Mitinqdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. İştirakçılar "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
11:43
706
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
704
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
734
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1300
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1889
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1901