Türkiyədə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalar davam edir
Türkiyənin paytaxtı Ankara şəhərində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya keçirilib.
APA TV-nin xarici bürosunun xəbərinə görə, bu gün Ankarada Keçiörən Bələdiyyəsində “Azərbaycan Türk ordusunun üzvüyük” şüarı ilə keçirilən aksiyada bələdiyyə sədri Turqut Altınok çıxış edib.
O, Ermənistanın hücumlarını qınadıqlarını bildirib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların loyal mövqeyini tənqid edib.
23 iyul tarixinin Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci il dönümü olduğunu xatırladan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, Türkiyənin münaqişə ilə bağlı mövqeyi dəyişməz və prinsipialdır.
Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Ankarada yaşayan azərbaycanlılar, şəhər sakinləri qatılıblar.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi