Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə ilk görüşün nəticəsini açıqladı
Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.
APA TV-nin Türkiyə XİN-ə istinadən verdiyi xəbərə görə, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilmiş bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparıblar.
Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.
Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi diplomatik kanallarla sonradan müəyyənləşəcək.
OXŞAR XƏBƏRLƏR
19:00
221
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
18:11
238
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
17:55
257
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
19:56
589
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
15:53
625
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
16:49
1514