Türkiyə XİN: “Ermənistanın mülki insan tələfatına səbəb olan hücumunu qətiyyətlə pisləyirik”
“Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik”.
Bunu APA TV-nin yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami bildirib.
Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir: “Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.
Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir: “Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə Türkiyə o şəkildə yanında olacaq” – deyə Hami bildirib.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"