Türkiyə və Rusiya müdafiə nazirləri nədən danışdı?
Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, danışıqlar zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib.
Terror təhdidlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.
Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini xüsusilə vurğulayıblar.
Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparıb
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər