Türkiyə PKK-ya qarşı yeni əməliyyata başladı
Bu gündən etibarən qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədi ilə terrorçu hədəflərə qarşı "Pəncə-Qıfıl" (Pençe Kilit) əməliyyatına başlayıb.
APA TV xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki terror hədəfləri hava qüvvələri tərəfindən atəşə tutulub:
“ATAK helikopterlərimiz və PUA-ların dəstəyi ilə qəhrəman komandalarımız qurudan sızaraq və hava hücumu əməliyyatı ilə bölgəyə daxil oldu. Hələlik əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub", - deyə Akar bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ