Türkiyə Çindəki 7 azərbaycanlı üçün təyyarə göndərdi
Ambulans təyyarə yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşüb. APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb. Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb. Təyyarə Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək. Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 49 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326