Türkiyə bayrağını yerə atan həbs olundu
Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə qərarı elan olunub.
APA TV-nin xəbərinə görə, Nizami Rayon Məhkəməsinin qərarı ilə Fuad İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
16:29
533
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
530
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1104
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
938
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
892
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1762