“Türk Şurası: Naxçıvan sazişinin 10 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib

“Regionda və dünyada baş verən proseslər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əhəmiyyətini daha da artırıb”.

 

APA TV-nin məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Türk Şurası: Naxçıvan sazişinin 10 illiyi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

 

Konfransın keçirilməsində məqsəd Türk Şurasının yaradılmasından keçən 10 il ərzində əldə olunan nailiyyətlər, təşkilata üzv dövlətlər arasında əlaqələr və bundan sonrakı fəaliyyət prioritetlərini müzakirə etməkdir. 

 

Qeyd edilib ki, türkdilli dövlətlərin birliyinin yaradılması ideyası Sovet İttifaqının dağılması ilə türkdilli dövlətlərin müstəqillik qazanmasından sonra reallığa çevrilib.

 

Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası regionda əmin-amanlıq və ümumi maraq doğuran sahələrdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb. Əlavə edib ki, Şura əməkdaşlıqda hərəkətverici qüvvə kimi fəaliyyətinə davam edəcək.

 

Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Birgə İnvestisiya Fondu yaradılacağını.vurğulayıb.

 

Tədbirin sonunda müvafiq qaydada BMTM ilə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi, həmçinin Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu arasında anlaşma memorandumları imzalanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR