Türk dövlətləri Qurban və Ramazan bayramlarını eyni gündə keçirsin - Siyavuş Novruzov
“Azərbaycan tolerant ölkədir. Qeydiyyatdan keçən bütün dinlərin qurumları azad şəkildə fəaliyyət göstərə bilir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası çoxlu sayda konfranslar keçirilir: “Həmçinin Azərbaycandan kənarda da Heydər Əliyev Fondu tərəfindən bu konfranslar keçirilir. Bir neçə gündür Azərbaycan Türk ölkələrinin din xadimlərinin konfransı keçirilir. Özbəkistan din xadimi tərəfindən verilən təklif çox mütərəqqidir. Xüsusi dini günlərin Türk ölkələrində eyni günə salınması təklifini mən də dəstəkləyirəm. Qurban Bayramı, Ramazan Bayramı və s. kimi xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə, yaxşı olar. Türk xalqları bütün sahələrdə olduğu kimi dini sahədə də bu addımları həyata keçirilməlidir”.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə