Türk dövlətləri arasında ticarət və yük daşımaları asanlaşır
Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu barədə qanun layihəsi Milli Məclisin son iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
İclasda həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının həyata keçirilməsi də müzakirə edilib. Bu “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı