Tural Gəncəliyev: “Erməni separatçıları mane olmaq üçün təxribata cəhd edir”

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda dəyirmi masa təşkil edib.

APA TV-nin məlumatına görə, mərkəzin sədri Fərid Şəfiyev bildirib ki, tədbirin əsas məqsədi Qarabağla bağlı hazırkı vəziyyət və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır: "Tədbirin gündəmində birinci məsələ cənab prezidentin “Valday” forumunda çıxışı və ondan irəli gələn məsələlərdir. Xüsusən, biz “Düşüncə Mərkəzi” olaraq bu sahədə nə edə bilərik, hansı istiqamətləri gücləndirə bilərik və hansı mövzuları gündəm edə bilirik - bu məsələləri müzakirə etməliyik”.

 

Tədbirdə çıxış edən Tural Gəncəliyev deyib ki, ölkə başçısının “Valday” forumunda çıxışından sonra ATƏT-in Minsk Qrupunun regiona səfəri ilə bağlı açıqlama olacağı qabaqcadan gözlənilirdi: “Artıq ikinci dəfədir ki, bizim qurum ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçirir. Sonuncu görüş dünən baş tutdu və ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ İcması ilə görüşdən dərhal sonra bəyanat yaydı. Regiona səfər etdiklərini, regiondakı görüşlər - eyni zamanda Qarabağ İcmasının azərbaycanlı icması ilə görüş keçirdiklərini bəyan etdilər”.

 

O bildirib ki, separatçılar bu görüşlərə mane olmaq üçün müxtəlif bəhanələr gətirərək, təxribat törədərək buna mane olmağa çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR