Tural Gəncəliyev Dağlıq Qarabağdan olan tələbələrlə görüşüb

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Tural Gəncəliyev tələbə adı qazanan gəncləri təbrik edib. Daha sonra Dağlıq Qarabağ haqqında hazırlanan filmin təqdimatı olub. Tural Gəncəliyev icmanın fəaliyyəti, gördüyü işlər barədə gəncləri məlumatlandırıb. O, gəncləri müasir dövrdə informasiya müharibəsində istifadə olunan vasitələrdən, sosial media şəbəkələrindən aktiv istifadə etməyə çağırıb: “Görüşü keçirməkdə məqsəd gənclərlə müzakirələr aparmaq, Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətlərini icmanın gənc və yeni üzvlərinə çatdırmaq, onların erməni yalanlarının ifşa edilməsi, sosial şəbəkələrdə aktivlik və ümumilikdə apardığımız informasiya müharibəsində fəaliyyətlərinin istiqamətlənməsini təmin etməkdir”. Görüşün sonunda tələbə adı qazanmış gənclərin sualları cavablandırılıb, təklifləri qiymətləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR